Noyabrın 23-də Saatlı rayonunda mənzildə partlayış olub. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, saat 07.00 radələrində Saatlı rayonu M.Ə.Sabir küşəsi ev 15-də yaşayan Salman Nəsirovun evində təbii qazın sızmasından ani partlayış baş verib. Hadisə zamanı evin pəncərə şüşələri sınıb, oradakı əşyalar yanıb.
Yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilmiş S.Nəsirov isə tibbi müdaxiləyə baxmayaraq keçinib.