Kiyevdəki toqquşmalarda yaralanan azərbaycanlı ölüb. Lent.az-ın məlumatına görə, bu barədə musavat.com xəbər verib. Məlumata görə, Teymur Mustafayev adlı bu şəxs bir qədər əvvəl Volın vilayətinin Lutsk şəhər xəstəxanasında dünyasını dəyişib.
Teymur Mustafayev fevralın 20-si səhərə yaxın Maydanın yaxınlığındakı küçələrdən birində snayper atəşi ilə vurulub. O, Ukrayna vətəndaşıdır.
Allah rəhmət eləsin!