Dünən saat 18 radələrində Nərimanov rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az-ın Daxili İşlər Nazirliyinin ( DİN) saytına istinadən məlumatına görə, dünən müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Fərqanə Zeynallı vurulub və ona xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.
Nərimanov RPİ 17-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin "Mercedes" markalı avtomobilin sürücüsü, paytaxt sakini Rasim İsmayılov tərəfindən törədilməsi müəyyən edilib və o, saxlanılıb.