Masallıda yataq xəstəsi diri-diri yandı
01 mart 2014 10:12 (UTC +04:00)

Masallıda yataq xəstəsi diri-diri yandı

 

 

Masallı rayonunda dəhşətli yanğın olub. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Şərəfə kəndində (rayon mərkəzindən 9 km aralı) 1938-ci il təvəllüdlü Hümbətov Naib Məhəmməd oğluna məxsus ümumi sahəsi 150 kv.m olan kürsülü birmərtəbəli 5 otaqlı evin 3 otağının yanar konstruksiyaları və ev əşyaları 75 kv.m sahədə yanıb. Yanğının kəşfiyyatı zamanı yataq xəstəsi olan  N.Hümbətovun meyiti aşkar olunub.

 

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 22:05-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 446
avatar

Oxşar yazılar