Masallı evdə partlayış olub, ev sahibi diri-diri yanaraq ölüb
01 mart 2014 19:13 (UTC +04:00)

Masallı evdə partlayış olub, ev sahibi diri-diri yanaraq ölüb

Masallıda fərdi yaşayış evində partlayış nəticəsində bir nəfər yanaraq ölüb. Hadisə rayonun Şərəfə kənd sakini, 76 yaşlı Naib Hümbətova məxsus evdə qeydə alınıb. Partlayışdan sonra ev alova bürünüb. Yanğın barədə Fövqəladə Hallar Nazirliyinin Masallı Rayon Yanğından Mühafizə Hissəsinə xəbər daxil olub. Hadisə yerinə 2 yanğınsöndürən maşın və şəxsi heyət cəlb olunub. Hadisə nəticəsində ümumi sahəsi 150 kvadratmetr olan 5 otaqlı evin 75 kvadratmetri içindəki əşyalarla birgə yanaraq kül olub. Ev sahibi Naib Hümbətov mənzildə diri-diri yanaraq faciəli şəkildə ölüb. Yaxınlarının sözlərinə görə, Naib Hümbətovun gözləri görmədiyinə görə, evdən vaxtında çıxa bilməyib.
 
Mərhumun qardaşı Adil Hümbətov partlayışın səhər saatlarında olduğunu deyib: “10-a 15 dəqiqə işləmiş partlayış oldu. Evdən bura çatanda gördüm ki, ev alov içindədir. Heç cürə evə çıxmaq mümkün deyildi. Soruşdum ki, qardaşım haradadır, Naib haradadır. Mənə cavab verən olmadı. Söndürüləndən sonra dedilər ki, meyit içəridədir”.
 
Hadisə şahidləri yanğının maye qaz balonunun sızması səbəbindən baş verdiyini ehtimal edirlər. Yanğının dəqiq səbəbləri isə ekspertizanın rəyindən sonra məlum olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 674
avatar

Oxşar yazılar