Gəncə şəhərində quldurluq hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, martın 9-da Gəncə şəhərindəki Atatürk prospektində yerləşən mağazaya gəlmiş naməlum şəxs orada satıcı işləyən Ulduz Rəhimovanı tapançaya oxşar əşya ilə hədələyib xəzinədəki 350 manat pulu aparıb. Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Samux rayon sakini Yadigar Eyvazov saxlanılmış və ondan oyuncaq tapança götürülüb.
Araşdırmalar davam etdirilir.