Mağazanın anbarından oğurluq etmək istəyən şəxs tutuldu
14 oktyabr 2016 10:32 (UTC +04:00)

Mağazanın anbarından oğurluq etmək istəyən şəxs tutuldu

0

Bakıda oğurluğa cəhd etmiş şəxs tutulub. Lent.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, bu gecə saat 01 radələrində, Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşları, rayonun H.B.Əliyev küçəsi, ev 24 ünvanında yerləşən fiziki şəxs İlqar Quliyevə məxsus, qorunmayan “Mikro” market mağazasının anbarına nəfəsliyi sındıraraq oğurluq məqsədi ilə daxil olmuş Ağcabədi rayonu, Şənlik kənd sakini, 1992-ci il təvəllüdlü Hümbətov Sakit İxtiyar oğlunu yaxalayaraq, sonrakı araşdırmalar aparılması üçün ərazi üzrə Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinə təhvil veriblər. Faktla bağlı Nəsimi RPİ-nin 19-cu PB-də araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 232

Oxşar yazılar