Lökbatanda vəfat edən qadının meyiti ailəsinə verilib - <span style="color:red;">YENİLƏNİB
06 mart 2014 09:37 (UTC +04:00)

Lökbatanda vəfat edən qadının meyiti ailəsinə verilib - YENİLƏNİB

0
Qaradağ rayonu, Lökbatan qəsəbəsində qazdan zəhərlənərək vəfat edən 45 yaşlı Natalya Məmmədovanın meyiti ailəsinə təhvil verilib.

 

APA-nın məlumatına görə, qaza  vurulan adarant  adlı maddədən təsirlənən qəsəbə sakini, 45 yaşlı Natalya Məmmədovanın halı  qəfil pisləşib. Ailə üzvləri dərhal təcili tibbi yardım çağırıblar. Lakin qadının həyatını xilas etmək mümkün olmayıb.

 

Bakı şəhəri Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Lökbatan qəsəbəsində yerləşən 15 saylı köməkçi Yardım Stansiyasından bildirilib ki, N. Məmmədovanın qazdan  zəhərlənməsindən və ya başqa bir xəstəlikdən dünyasını dəyişdiyi ekspertizanın nəticələri bəlli olduqdan sonra müəyyənləşəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3002

Oxşar yazılar