Lənkəranda qadın sirkə turşusu içərək intihar edib. lent.az-ın məlumatına görə, fevralın 28-də Lənkəran şəhər sakini Nüşabə Həsənova sirkə turşusundan zəhərlənmə ilə xəstəxanaya gətirilib. Həkimlərin səyinə baxmayaraq qadının həyatını xilas etmək mümkün olmayıb. N.Həsənova martın 2-də ölüb.
Faktla bağlı araşdırmalar aparılır.