Lənkəranda  kompot sexində yoxlama: <span style="color:red;">qadağan edildi
30 yanvar 2014 11:10 (UTC +04:00)

Lənkəranda  kompot sexində yoxlama: qadağan edildi

 

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Lənkəran Ərazi İdarəsi tərəfindən Lənkəran şəhəri, Əliağa Vahid küçəsində yerləşən fiziki şəxs Məmiyev Eminə məxsus kompot sexində dövlət nəzarəti tədbirləri həyata keçirilib.

Lent.az-ın verdiyi məlumata görə, araşdırmalar zamanı müəyyən edilib ki, müəssisədə kompot istehsalı zamanı texnoloji təlimatdan istifadə olunmur. Bundan başqa müəssisənin məhsul nümunələrinin sınaqlarının aparılması üçün laboratoriyası və ya akkreditasiya olunmuş hər hansı laboratoriya ilə müqaviləsinin olmadığı, istismar olunan ölçmə vasitələrinin müqayisəli dövlət yoxlanışından keçirilmədiyi, məhsulun markalanmasının düzgün aparılmadığı aşkar edilib. Həmçinin qablaşdırmada istifadə olunan şüşə qabların və qapaqların sertifikatları yoxlamaya təqdim olunmayıb.

Nöqsanlarla bağlı müəssisə rəhbərinə iradnamə və məhsulun satışının qadağan edilməsi barədə tələbnamə təqdim olunub. İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndləri üzrə protokol tərtib edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 815
avatar

Oxşar yazılar