Sumqayıtda kütləvi dava olub. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 24-də Nəbi Qarayevə bıçaqla xəsarət yetirməkdə, qardaşları Miri və İmranı döyməkdə şübhəli bilinən şəhər sakinləri, əvvəllər məhkum olunmuş Röyal Səfərov, Ehtiram Əliyev, Pərviz Quliyev və Bakı şəhər sakini Fərid Əsgərov tutulub.
Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların iyulun 25-də Sumqayıt şəhər sakini Ziyafət Novruzova bıçaqla az ağır zərər yetirmələri, 2013-cü il noyabrın 4-də Əflatun Seyidova qarşı xuliqanlıq etmələri, ötən il dekabrın 12-də Babək Allahverdiyevə bıçaqla xəsarət yetirməklə sağlamlığına ağır zərər vurmaları, habelə yanvarın 22-də Röyal Səfərovun münaqişə zəminində Fərid Əsgərova bıçaqla xəsarət yetirməsi də müəyyən edilib.
Araşdırma aparılır.