Prezident İlham Əliyev Rafael Sergeyeviç Qvaladzenin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Lent.azın AzərTAc-a istinadən məlumatına görə, sərəncama əsasən R. Qvaladze Azərbaycan Respublikasının məhkəmə hakimiyyəti orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edilib.
Qeyd edək ki, R. Qvaladze Konstitusiya Məhkəməsinin hakimidir.