Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov bu gün Quba şəhərində vətəndaşları qəbul edib.
APA-nın şimal bürosunun məlumatına görə, qəbulda Quba, Xaçmaz, Qusar, Şabran və Siyəzən rayonlarının sakinləri, habelə həmin rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər iştirak edib.
Vətəndaşların müraciətlərinin bir çoxu yerindəcə həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.