Kanadalı general Əfqanıstanda tutulub
31 yanvar 2014 02:47 (UTC +04:00)

Kanadalı general Əfqanıstanda tutulub

Kanadanın Əfqanıstandakı qoşununun keçmiş komandanı, briqada generalı Dainel Menard Kabulda həbs olunub.

 

Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, bu haqda Kanadanın «Globe and Mail» qəzeti «Garda World» şirkətinin təmsilçisinə əsaslanaraq, xəbər yayıb.

 

Mənbənin məlumatında bildirilib ki,  o, silah qaçaqmalçılığında şübhəli bilinir.

 

General 2009-cu ildə Əfqanıstanın Qəndəhar əyalətindəki Kanada hərbçilərinin komandanı olub. 2010-cu ildə D.Menard tabeçiliyində olan qadın- zabitlə eşq macərasına görə komandanlıqdan uzaqlaşdırılıb.

 

2012-ci ildə o, Əfqanıstana «Garda World» şirkətinin hərbi-mühafizə hissəsinin əməkdaşı kimi qayıdıb.

 

Qəzetin yazdığına görə, yanvarın 10-da Əfqanıstan Daxili İŞlər Nazirliyinin rəsmi nümayəndələri görüşdən sonra keçmiş hərbçi  həbs olunub.

 

Kabulun polis rəisi, general Zahir Zahir silah qaçaqmalçılığında onun iştirakından şübhələnildiyi haqda açıqlama verib.

 

 

«Garda World»-un təmsilçisi Co Gavaqan isə bildirib ki, «inzibati anlaşılmazlıq» var və şirkət bunun tezliklə həll olunacağına inanır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 708
avatar

Oxşar yazılar