Bakının Yasamal rayonu Sübhi Salayev küçəsi, 17 ünvanında yerləşən 1 mərtəbəli, 3 otaqlı həyət evində bu gün güclü yanğın olub. Lent.az-ın “salamnews”-a istinadən verdiyi xəbərə görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin dörd yanğınsöndürən maşınları cəlb edilib, yanğın söndürülüb.
Elektrik naqillərində qısa qapanma nəticəsində baş verən yanğın zamanı evdə olan bütün əşyalar yanıb. Hadisə yerinə bir neçə yanğınsöndürmə dəstəsi gəlib. Yanğın saat 17:30-da söndürülüb. Xəsarət alan yoxdur.
Onu da qeyd edək ki, yanan ev “Ayna” qəzetinin əməkdaşı Alyona Myasnikovaya məxsusdur.