APA-nın FHN-in saytına istinadən məlumatına görə, Yasamal rayonunda bir nəfər kişi intihara cəhd edib.
Hadisə yerinə FHN-nin uyğun xilasetmə qüvvələri cəlb olunub. Olay yerində məlum olub ki, həmin şəxs özünü tikilməkdə olan çoxmərtəbəli yaşayış binasının 12-ci mərtəbəsindən atmaq niyyətindədir.
Xilasedicilər hüquq - mühafizə orqanlarının əməkdaşları ilə birlikdə vətəndaşla müvafiq söhbətlər aparıb və bu zaman yaranmış əlverişli şəraitdən istifadə edərək, intihara cəhdin qarşısı alınıb. Xilasedicilər intihara cəhd edən şəxsi aidiyyəti üzrə təhvil verib.