İmişli şəhərində məktəb yanıb.
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, Təhsil Nazirliyinə məxsus umumi sahəsi 2700 m² olan üçmərtəbəli 2 saylı tam orta məktəbin 1-ci mərtəbəsinin girişində elektrik lövhəsi yanıb.
Məktəb binası yanğından mühafizə olunub. Yanğın saat 11:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.