İki tələbəni maşın vurdu
25 noyabr 2013 19:00 (UTC +04:00)

İki tələbəni maşın vurdu

0
Bakıda yolu keçmək istəyən iki tələbəni maşın vurub.

 

Nizami Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Heydər Əliyev Prospektində 23-cü polis bölməsinin qarşısında qeydə alınıb.

 

90 JJ 571 dövlət nömrə nişanlı “İsuzu” markalı yük avtomobili yolu keçən peşə məktəbinin ikinci kurs tələbələri - 1993-cü il təvəllüdlü  Elnarə Şakir qızı Həsənlini və 16 yaşlı Təbriz Nəriman oğlu Tağıyevi vurub. Hər iki piyada ağır bədən xəsarətləri ilə 3 saylı Şəhər Klinik xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1536

Oxşar yazılar