İcra başçısının yandırılmış villası 1 milyon dollara satıldı
05 fevral 2014 11:09 (UTC +04:00)

İcra başçısının yandırılmış villası 1 milyon dollara satıldı

2012-ci ilin martında Qubada baş verən hadisələr vaxtı rayonun icra başçısı Rauf Həbibovun yandırılan 3 mərtəbəli villası bir neçə gün öncə satışa çıxarılıb. Lent.az-ın məlumatına görə, bu barədə “Yeni Müsavat”a Quba Rayon İcra Hakimiyyətinin sabiq işçisi məlumat verib. O bildirib ki, keçmiş icra başçısı qohumu İmran adlı maklerin vasitəsilə satışa çıxarılan villa ilə bağlı kataloq tərtib etdirib. Ancaq həmin kataloqda villanın yanmadan öncəki şəkilləri dərc olunub. 

 

Məlumata görə, Rauf Həbibovun yanan villasını alan şəxsin kimliyi də məlumdur. Bu, əslən Türkiyənin Trabzon şəhərindən olan Ahmet Çetinkaya adlı biznesmendir. A.Çetinkaya mərkəzi Ankarada yerləşən “Yunus” adlı nəqliyyat şirkətinin sahibidir. Sözügedən şirkətin Bakıda Dərnəgül şosesində ofisi və “TIR” qarajı var. Türkiyə, Gürcüstan və Azərbaycanda fəaliyyət göstərən sözügedən şirkət ölkəmizə Türkiyədən tekstil məhsulları gətirir. Ahmet Çetinkaya keçmiş icra başçısı Rauf Həbibova yaxınlığı ilə tanınır. Rauf Həbibovla Ahmet Çetinkaya Qələduz kəndində Qudyalçayın yaxınlığında bağ qonşusu olublar. Onlar arasındakı dostluq münasibəti də elə o vaxtdan yaranıb. 

 

Bu barədə məlumatı verən mənbə Rauf Həbibova məxsus villanın satış qiymətini də öyrənə bilib: “İlkin qiymət 1.5 milyon dollar olub. Qiymətin baha olmasının səbəbi isə həyətin çox böyük olması və yarımçıq bir tikilinin olması göstərilib. Villanın yanması və ciddi təmirə ehtiyacı olduğu üçün qiymət 800 min manata qədər endirilib. Malikanənin yenidən təmir olunacağı gözlənilir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2112
avatar

Oxşar yazılar