Hirkan Milli Parkında yanğın olub
13 yanvar 2017 18:02 (UTC +04:00)

Hirkan Milli Parkında yanğın olub

0

 

 

12 yanvar 2017-ci il tarixində saat 20 radələrində Lənkəran rayonu Biləsər İcra nümayəndəliyinin Alazəpin kəndi ilə Hirkan Milli Parkının Seyfidor meşəbəyliyinin 31 saylı dolayının 37-ci kvartalının sərhəd ərazilərində ucqar sahədə yanğın hadisəsi baş verib.

 

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, yanğın baş verən əraziyə dərhal Nazirliyin əməkdaşları və kənd sakinləri cəlb olunub, qısa müddət ərzində yanğın tam lokallaşdırılaraq söndürülüb.

 

Naməlum səbəblərdən baş verən yanğın nəticəsində tökülmüş quru xəzəl və çürüməkdə olan oduncaq qalıqları yanıb, yanğının ağaclara keçməsinin qarşısı alınıb.

 

Hazırda yanğın baş vermiş əraziyə Milli Parkın əməkdaşlarından təşkil edilmiş operativ qrup nəzarət edir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 352

Oxşar yazılar