Azərbaycan Müdafiə Nazirliyinin rəhbərliyi və şəxsi heyəti 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib. Bu barədə Lent.az-a Nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Hərbi qulluqçular Vətənin azadlığı, müstəqilliyi uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsini hörmət və ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri qoyublar.