Hacıqabul-Kürdəmir yolu bu il təhvil veriləcək
04 mart 2014 11:55 (UTC +04:00)

Hacıqabul-Kürdəmir yolu bu il təhvil veriləcək

0

Hacıqabul-Kürdəmir avtomobil yolu 1-ci texniki dərəcəli 4 hərəkət zolaqlı olacaq. Lent.az-ın məlumatına görə, bu barədə trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib. Onun sözlərinə görə, hazırda Hacıqabul-Kürdəmir avtomobil yolu əlavə 2 zolaq da tikilməklə 4 hərəkət zolağına uyğun yenidən qurulur: "Əvvəllər bu yol 2 hərəkət zolaqlı olmaqla 2-ci texniki dərəcəli idi, indi isə yol 1-ci texniki dərəcəli 2-si gediş, 2-si gəliş üçün olmaqla 4 zolaqlı olacaq".

P.Mürsəliyev qeyd edib ki, bu yol Bakı-Qazax-Gürcüstan sərhədi yolunun tərkib hissəsi olmaqla mövcud 120-ci km-dən başlayıb 200-ci km-də başa çatır. Ümumi uzunluğu 80 km olan yeni yol boyu 5 yol qovşağının, 1 körpünün, 160-a yaxın müxtəlif diametrli borunun, 15 alt keçidin tikintisi işləri aparılır: "Yolda torpaq işləri artıq 95 faiz görülüb. Suötürücü qurğuların, alt keçidlərin tikintisi demək olar ki, bitib. Asfalt işləri orta hesabla 75 faiz yerinə yetirilib. Yol qovşaqlarında işlər bitib, hazırda yanaşma yollarında işlər yerinə yetirilir. İşlərin 2014-cü ildə tamamilə yekunlaşması planlaşdırılır".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 726

Oxşar yazılar