Günay Məmmədovanın ölümü ilə bağlı cinayət işindəki dəyişikliyə <span style="color:red;">AYDINLIQ - YENİLƏNİB
06 fevral 2014 16:44 (UTC +04:00)

Günay Məmmədovanın ölümü ilə bağlı cinayət işindəki dəyişikliyə AYDINLIQ - YENİLƏNİB

 

 

 

 


Baş Prokurorluq Bakı Metropolitenin bələdçisi Günay Məmmədovanın ölümü ilə bağlı başlanmış cinayət işindəki dəyişikliyə aydınlıq gətirib.


 

Qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya bildirib ki, 30 avqust 2013-cü il tarixdə paytaxtın Suraxanı rayonu, H.Əliyev  prospektində Təhmin Verdiyevin idarə etdiyi BMW-X5 markalı 90 XV 780 qeydiyyat nişanlı avtomobilin piyada Günay Məmmədovanı vurması nəticəsində sonuncunun aldığı xəsarətlərdən hadisə yerində ölməsi faktına görə Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma)  maddəsi ilə başlanmış cinayət işi üzrə aparılmış istintaq zamanı T.Verdiyevin hərəkətlərində cinayət tərkibi olmadığından 28 yanvar 2014-cü il tarixdə iş üzrə icraata xitam verilib.

 

Mərhumun tanışı Rabil Rzayevin hərəkətlərində  həmin Məcəllənin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsinin tərkibinin olub-olmamasının yoxlanılması və sonuncunun hərəkətlərinə hüquqi qiymət verilməsi məqsədilə toplanmış materiallar aidiyyəti üzrə rayon Prokurorluğuna göndərilib.

 

Hazırda Suraxanı Rayon Prokurorluğunda müvafiq araşdırmalar davam etdirilir.

 

***

Beş ay əvvəl Bakıda faciəli şəkildə dünyasını dəyişən Bakı Metropolitenin bələdçisi Günay Məmmədovanın ölümü ilə bağlı başlanmış cinayət işinin maddəsi dəyişdirilib.


 

Bu barədə APA-ya Suraxanı Rayon Prokurorluğundan bildirilib.

 

Məlumata görə, hadisə baş verəndən dərhal sonra Cinayət Məcəlləsinin 263-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozama) maddəsi ilə cinayət işi başlansa da, bir neçə gün əvvəl iş polisdən alınaraq prokurorluğa verilib və həmin maddə Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsinə tövsif edilib.

 

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

 

Qeyd edək ki, məlum hadisə ötən ilin avqustun 30-da Suraxanı rayonu Bülbülə qəsəbəsi ərazisində qeydə alınıb. Bakı şəhər sakini Təhmin Vəliyev idarə etdiyi «BMW X-5″ markalı avtomaşınla həmyerlisi Günay Məmmədovanı vurub. Nəticədə G.Məmmədova hadisə yerində ölüb. Qəza baş verən zaman G. Məmmədovanın nişanlısı, polis serjantı Rabil Rzayev də hadisə yerində olub. Nişanlısı ilə dava edən G. Məmmədova onun maşınından düşərək yolu keçmək istəyərkən avtomobil vurması nəticəsində ölüb. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3005
avatar

Oxşar yazılar

Qubada evdə partlayış -  Yaralanan var

Qubada evdə partlayış - Yaralanan var

15 dekabr 2024 , 13:09
Bakıda ev yandı

Bakıda ev yandı

15 dekabr 2024 , 10:33
Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46