Bakıda mebel mağazasından oğurluq edilib. Lent.az xəbər verir ki, Məhəmməd Hadi küçəsi 64 ünvanında yerləşən “Medeyra” mebel mağazasının gözətçisi Rahil Musayev polisə müraciət edərək bildirib ki, telefonu və pulu naməlum şəraitdə oğurlanıb. O, ərizəsində qeyd edib ki, naməlum şəxs və ya şəxslər mağazanın aliminium qapısını sındıraraq içəri keçib və gödəkçəsinin cibindən mobil telefonu ilə 800 manat pulunu götürüb.
Faktla bağlı araşdırma aparılır.