Gözəllik salonundan bərbər aləti oğurlayan şəxs tutuldu
08 fevral 2014 13:59 (UTC +04:00)

Gözəllik salonundan bərbər aləti oğurlayan şəxs tutuldu

 

 

Xırdalan şəhərinin ərazisində şəhər sakini Emil Rəhimova məxsus mağazadan pəncərədən girmək yolu ilə 8 ədəd mobil telefon və 1 ədəd noutbuk oğurlanıb. Lent.az-ın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Abşeron RPŞ və Çevik Polis Alayı əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətmiş Bakı şəhər sakini Məhəmməd Əzimov tutulub. Əməliyyat tədbirləri ilə onun fevralın 7-nə keçən gecə Xırdalan şəhərinin ərazisində şəhər sakinləri Nofəl Qafarova məxsus mağazadan 745 manat pul və tütün məmulatı, Rəna Mirzəyevaya və Ruhiyyə Məmmədovaya məxsus gözəllik salonlarından ətriyyat və bərbər alətləri oğurlaması, habelə Nəsimi Quliyevə məxsus gözəllik salonundan və Bakı şəhər sakini Qalib Sariyevə məxsus aptekdən oğurluğa cəhd göstərməsi də müəyyən edilib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 562

Oxşar yazılar