Göygöl rayonunun Aşıqlı kəndində yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az-ın Daxili İşlər Nazirliyinin ( DİN ) saytına istinadən xəbər verir ki, fevralın 7-də saat 2 radələrində Göygöl rayonunun Aşıqlı kəndində Tovuz rayon sakini Xatirə Alyanova idarə etdiyi "Great Wall" markalı avtomobili yolun kənarındakı ağaca vurması nəticəsində hadisə yerində ölüb.
Faktla bağlı Göygöl RPŞ tərəfindən araşdırma aparılır.