Göyçay şəhərində vətəndaşa məxsus ümumi sahəsi 180 kv.m olan birmərtəbəli 4 otaqlı və aynabənddən ibarət kürsülü evin 1 otağında 1 ədəd divan yanıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanğın kəşfiyyatı zamanı ev sahibi 1935-ci il təvəllüdlü Vəliyeva Şükufə Məhəmməd qızının cəsədi aşkar edilib. Yanğın saat 15:03-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Hadisənin səbəbləri araşdırılır.