Rusiya vətəndaşının evindən silah götürülüb. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Nizami (Gəncə) RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyasının vətəndaşı Elbrus Həsənovun Gəncə şəhərindəki evinə baxış zamanı oradan müvafiq sənədləri olmayan "İJ-16" və "TOZ-8" markalı tüfənglər 78 ədəd patron və 6 ədə boş giliz aşkar edilərək götürülüb.
Araşdırma aparılır.