Gəncədə ər arvadını bıçaqladı - <span style="color:red;">YENİLƏNİB
08 fevral 2014 14:20 (UTC +04:00)

Gəncədə ər arvadını bıçaqladı - YENİLƏNİB

Gəncə şəhərində ailə münaqişəsi zəmində bıçaqlanma hadisəsi baş verib. Gəncə Təcili Tibbi Yardım Xəstəxanasından APA-nın qərb bürosuna verilən məlumata görə, şəhər sakini, 1974-cü il təvəllüdlü Musayeva Nailə Adilxan qızı qarın və qolların kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Dərhal əməliyyat edilən qadının vəziyyətinin orta ağır olduğu bildirilir. Gəncə şəhər Nizami rayon Polis İdarəsindən bildiriblər ki, 40 yaşlı qadını onun həyat yoldaşı, 1971-ci il təvəllüdlü Kamran Quliyevin bıçaqladığı məlum olub. Hadisənin ailə münaqişəsi zəmində baş verdiyi bildirilir.

 Faktla bağlı Nizami rayon Polis İdarəsində araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1504

Oxşar yazılar