Gəncə şəhərində ana və qızını bıçaqlayan şəxs tutulub. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Gəncə ŞBPİ, Nizami (Gəncə) RPİ və Ağdam RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 9-da Kəmalə Mehdiyevaya və qızı Şəmsiyəyə bıçaqla xəsarət yetirməklə sağlamlıqlarına ağır zərər vurmuş Ağdam rayon sakini Elməddin Zeynalov tutulub.
Qeyd edək ki, bıçaqlanan K.Mehdiyevanın 58, qızının isə 33 yaşı var. E.Zeynalovun təsadüfi tanışlıqdan sonra baş vermiş münaqişə zəminində ana və qızını bıçaqladığı bildirilir.