FHN: 559 nəfər xilas edilib - <span style="color:red;">YENİLƏNİB
05 mart 2014 16:18 (UTC +04:00)

FHN: 559 nəfər xilas edilib - YENİLƏNİB

0

Ötən il Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidməti tərəfindən 556 müxtəlif axtarış və qəza-xilasetmə əməliyyatları keçirilib.


 

APA-nın məlumatına görə, bu barədə Azərbaycan hökumətinin 2013-cü ildə fəaliyyətinə dair hesabatında bildirilib.

 

Fövqəladə halların və bədbəxt hadisələrin nəticələrinin aradan qaldırılması zamanı 183-ü uşaq olmaqla 559 nəfər zərərçəkmiş şəxs xilas edilib, 77 nəfər zərərçəkmişə ilk yardım və təxirəsalınmaz yardım göstərilib.

 

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin xilasediciləri tərəfindən 97 dəfə nəqliyyat və digər qəzalara çıxışlar olub, 233 nəfər deformasiyaya uğramış nəqliyyat vasitələrindən çıxarılıb. Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən nəzarət olunan çimərlik ərazilərində batmaq təhlükəsi ilə üzləşmiş 160 nəfər və nəzarət olunmayan qeyri-çimərlik ərazilərdə 217 nəfər olmaqla cəmi 377 nəfər xilas edilib. Nəzarət olunmayan qeyri-çimərlik ərazilərdə suda batmış 55 nəfərin cəsədi tapılaraq aidiyyəti üzrə təhvil verilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 687

Oxşar yazılar