FHN-in İdman-sağlamlıq klubunun üzvü Bakı çempionu olub
14 yanvar 2017 11:13 (UTC +04:00)

FHN-in İdman-sağlamlıq klubunun üzvü Bakı çempionu olub

0

FHN-in İdman-sağlamlıq klubunun nümayəndəsi Bakı çempionatının qalibi olub.

 

Lent.az xəbər verir ki, yanvarın 12-13-də Sərhədçi Olimpiya Mərkəzində cüdo üzrə gənclər arasında Bakı şəhər Açıq Birinciliyi keçirilib. Çempionatda 29 komanda, 200 idmançı iştirak edib. Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunu təmsil edən Nəriman Baxışov 81 kq çəki dərəcəsində bütün görüşlərdə qalib gələrək Bakı çempionu olub. İdmançının məşqçiləri Rasim Babayev və Taleh Sadıqovdur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 289

Oxşar yazılar