Əvvəlcə arvad, 6 gün sonra əri öldü
11 fevral 2014 11:09 (UTC +04:00)

Əvvəlcə arvad, 6 gün sonra əri öldü

Bir neçə gün əvvəl ağır yanıq xəsarətləri alan kişi xəstəxanada dünyasını dəyişib. Lent.az-ın anspress-ə istinadən verdiyi məlumata görə, fevralın 1-də Qusar rayonunda partlayış zamanı ağır yanıq xəsarətləri alan Şəkixan Hacıyev bu gün səhər saatlarında xəstəxanada dünyasını dəyişib. Evdə qaz sızması nəticəsində partlayan və daha sonra yanan evin sakini 1950-ci il təvəllüdlü Şəkixan Hacıyevin xəstəxanada vəziyyəti pisləşib və həkimlərin səyinə baxmayaraq, kişinin həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, fevral ayının 1-də səhər saatlarında Qusarda Şəkixan Hacıyeva məxsus evdə qaz sızmasından partlayış baş verib. Partlayışdan sonra isə güclü yanğın olub. Hadisə zamanı Şəkixan Hacıyev və onun həyat yoldaşı Maral Hacıyeva ağır yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, Maral Hacıyeva fevralın 5-də vəfat etmişdi.

Faktla bağlı araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1599
avatar

Oxşar yazılar