Erməni təyyarədə siqaretə qadağa qoyulduğunu qanmadı
20 noyabr 2013 16:21 (UTC +04:00)

Erməni təyyarədə siqaretə qadağa qoyulduğunu qanmadı

Moskva – İrəvan reysi ilə uçan təyyarədə növbəti xuliqanlıq hadisəsi qeydə alınıb. Lent.az-ın məlumatına görə, Ermənistanın Yerasx yaşayış məntəqəsinin 28 yaşlı sakini tualetə siqaret çəkməyə yollanıb.

 

Ona təyyarə göyərtəsində siqaret çəkməyin qadağan olunduğuna dair irad bildirilib. Bu zaman gənc salondakı zərif cins nümayəndələrinin ünvanına senzuradan kənar ifadələr işlədib, sərnişinlər və stüardessalara sataşmaq istəyib. Onu yola gətirmək mümkün olmayıb. Təyyarə eniş etdikdən sonra ermənini polis idarəsinə apararaq, davranışının doğru olmadığını başa salıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 930
avatar

Oxşar yazılar