Yevlax rayonunun Aşağı Qarxun kənd sakini tüfənglə ehtiyatsız davrandığı üçün özünə xəsarət yetirib.
Lent.az-ın Daxili İşlər Nazirliyinin ( DİN ) saytına istinadən məlumatına görə, kənd sakini Habil Əbdürrəhimov ov edərkən tüfənglə ehtiyatsız davranıb, bu zaman açılan atəşdən xəsarət alaraq ölüb.
Yevlax RPŞ-nin əməkdaşları tərəfindən hadisə yerindən müvafiq sənədləri olmayan "İJ" markalı tüfəng götürülüb.