Dünyanın ən innovativ şirkətləri hansıdır?
11 mart 2014 11:00 (UTC +04:00)

Dünyanın ən innovativ şirkətləri hansıdır?

0

Dodge brendi dünyanın 50 ən innovativ şirkətindən biri seçilib. Fast Company jurnalının bu reytinqə həsr olunmuş 2014-cü il buraxılışında Dodge 11-ci yerdədir. Brendin siyahıya düşməsinə səbəb uğurlu təşəbbüsləri ilə bağlı adının çox hallanması olub.  Dünyanın 50 ən innovativ şirkəti siyahısında ilk 10-luqda Google, Bloomberg, Dropbox, Netflix, Nike kimi yenilikləri günbəgün dəyişən və adları dildən düşməyən nəhənglərin adı var.  

Twitter, Amazon və Apple-in belə Dodge-dan sonra gəlməsini Fast Company münsifləri brendin yeni Dodge Durango ilə bağlı reklam kampaniyası ilə əlaqələndiriblər. Məşhur komediya aktyoru Uill Ferrelin çəkildiyi “Aparıcı” filmi yayımlanandan Dodge Durango satışları 50%-dən çox artırıb.

Qərargahı Nyu-Yorkda yerləşən Fast Company dünyanın aparıcı bizness medialarından sayılır. Unikal nəşrləri və təhlilləri texnologiyalar, etik iqtisadiyyat, liderlik və dizayn istiqamətlərinə yönəlib.

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 799

Oxşar yazılar