Fevralın 4-də Azərbaycan ərazisində havanın temperaturu iqlim normasından 7 dərəcə aşağı olub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında bildirib ki, ötən gün Bakı və Abşeron yarımadasında havanın minimal temperaturu 3-5 dərəcəyədək şaxta təşkil edib.
Qar respublika ərazisində tədricən əriyir. Qar örtüyünün hündürlüyü Lerikdə 39 sm, Lənkəranda 26 sm, Sarıbaşda 21 sm, Daşkəsəndə 15 sm, Yardımlı-Kəlbəcər 14 sm, İsmayıllı-Göygöldə 12 sm, Quba-Qəbələdə 8 sm, Şəki-Xınalıqda 6 sm, Gədəbəy-Tovuzda 4 sm, Ağstafa-Gəncədə 3 sm, Xaçmaz-Göyçayda 2 sm olub.