Dram Teatrının saytı dağıdıldı
28 yanvar 2014 17:35 (UTC +04:00)

Dram Teatrının saytı dağıdıldı

Azərbaycan Dövlət Akademik Dram Teatrının saytı haker hücumuna məruz qalıb. APA-nın məlumatına görə, sayt tamamilə dağıdılıb və ana səhifəyə İraqın sabiq lideri Səddam Hüseynin məhkəmədə çəkilən fotosu yerləşdirilib.

 

Teatrın mətbuat katibi Elçin CəfərovAPA-ya bildirib ki, saytla bağlı əməkdaşlıq etdikləri mütəxəssislərə müraciət olunub və hazırda məsələ araşdırılır: “Kimlər tərəfindən edildiyi məlum deyil. Qısa zamanda saytın bərpasına çalışırıq”.

 

E. Cəfərov qeyd edib ki, yaxın gələcəkdə teatrın yeni internet səhifəsi fəaliyyətə başlayacaq: “Bununla bağlı təqdimatımız olacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 659

Oxşar yazılar