Daxili İşlər Nazirliyi fevralın 5-də Azərbaycan Tibb Universitetinin müəllimlərinin bədbəxt hadisə nəticəsində ölməsi hadisəsi ilə bağlı məlumat yayıb. Lent.az-ın Nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Nizami Babayev və arvadı Həqiqət Yasamal rayonu H.Cavid prospektindəki mənzillərində dəm qazından zəhərlənərək ölüblər.
Faktla bağlı araşdırma aparılır.