Prezident İlham Əliyev Əliağa Hüseynovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, sərəncama əsasən ölkənin ictimai-siyasi həyatında fəal iştirakına görə Əliağa İzzət oğlu Hüseynov “Şöhrət” ordeni ilə təltif edilib.
Əliağa Hüseynov hazırda Milli Məclisinin deputatıdır. O, bundan əvvəl Salyan rayonunun İcra Hakimiyyəti başçısı, daha öncə isə Azərbaycanın hərbi komissarı işləyib.