Dəmir yolları bir dispetçer mərkəzindən idarə ediləcək
06 fevral 2014 11:41 (UTC +04:00)

Dəmir yolları bir dispetçer mərkəzindən idarə ediləcək

Azərbaycanda dəmir yollarının avtomatlaşdırılmış işarəvermə sisteminin mikroprosessor əsasında bir dispetçer mərkəzindən idarə edilməsi ilə əvəz olunması işlərinə start verilib. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun Lent.az-a verdiyi məlumata görə, bu sistemdə qatarların hərəkətinə monitorlar vasitəsilə texniki və vizual nəzarət, hərəkət heyəti ilə birbaşa rabitə-danışıq əlaqəsi yaratmaq, təkər cütlərinin qızmasını və nasazlığını aşkar edən təhlükəsizlik cihazlarının quraşdırılması, dəmir yolu-avtomobil keçidlərinin tam avtomatlaşdırılaraq yenidən qurulması nəzərdə tutulub.


Bakı-Böyük Kəsik sahəsində elektrik təchizatı, işarəvermə və rabitə sisteminin tam yenidən qurulması 4 il müddətində həyata keçiriləcək. Bu işləri görmək üçün avtomatlaşdırılmış telemexanika, rabitə avadanlıqları və sistemləri tam dəyişdirilib yenisi ilə əvəz olunacaq.
2013-cü ilin ikinci yarısında işarəvermə və rabitə sisteminin modernləşdirilməsi məqsədilə tender elan edilib. Tenderin qalibi İsveçin “Bombardier” şirkəti olub. Ötən ilin noyabr-dekabr aylarında dəmir yolu nəqliyyatı mütəxəssisləri “Bombardier” şirkəti ilə birgə Böyük Kəsik-Gəncə (I etap) sahəsində texniki şərtləri hazırlayıb. Hazırda layihə- quraşdırma işləri aparılır.

 

 

 

Son illər ərzində polad magistralının modernləşdirilməsi istiqamətində bir sıra müdüm layihələr həyata keçirilməkdədir. Hərəkətin ahəngdarlığının təmin olunmasında bu işlərin böyük əhəmiyyəti var. Görülən işlərin əsas tərkib hissələrindən biri də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 6 iyul 2010-cu ildə imzaladığı «Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramının təsdiq edilməsi haqqında» sərəncamın icrası çərçivəsində dəmir yolunun işarəvermə və rabitə təsərrüfatının yeniləşdirilməsidir. Artıq bu sahədə də işlər yeni mərhələyə qədəm qoyub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 720

Oxşar yazılar