Dəməşq yaxınlığında hökumət binasının partladılması nəticəsində 17 nəfər həlak olub.
APA-nın “Agence France-Presse”yə istinadən xəbərinə görə, ölənlərin hamısı hərbçilərdir. Onlardan dördü general olub.
Terror aktına görə məsuliyyəti “Dəməşqin qalxanı” adlı üsyançı təşkilat öz üzərinə götürüb.