Dəm qazından zəhərləndi
09 fevral 2014 20:21 (UTC +04:00)

Dəm qazından zəhərləndi

Mingəçevir şəhərində dəm qazından zəhərlənmə hadisəsi baş verib.

 

APA TV-nin məlumatına görə, hadisə Mingəçevir şəhəri, Xətai küçəsi 7, mənzil 18-də qeydə alınıb. Həmin ünvanda yaşayan 61 yaşlı Gündüz  İsmayılov hamam otağında olarkən su qızdırıcısının düzgün quraşdırılmaması səbəbindən içəriyə dlan dəm qazının təsiri nəticəsində huşunu itirərək yerə yıxılıb.

 

Hadisədən tez xəbər tutan ailə üzvləri təcili və təxirəsalınmaz tibbi yardım stansiyasına müraciət ediblər. Gündüz İsmayılov Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyi nəticəsində onun həyatını xilas etmək mümkün olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1226

Oxşar yazılar