Daşkəsəndə qadın əri tərəfindən döyülüb. APA-nın verdiyi məlumata görə, rayon sakini 1963-cü il təvəllüdlü Abbasova Əminə Yəhya qızı müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin kafi olduğu bildirilir. Qadının deməsinə görə, o Sədnik adlı həyat yoldaşı tərəfindən döyülüb.
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.