Dağlıq rayonlara qar yağacaq - <span style="color:red;">YENİLƏNİB
22 fevral 2014 15:47 (UTC +04:00)

Dağlıq rayonlara qar yağacaq - YENİLƏNİB

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, fevralın 23-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər yarımadanın bəzi yerlərində az yağıntılı olacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 2-4, gündüz 6-8 dərəcə isti olacağı gözlənilir.


Azərbaycanın rayonlarında bəzi yerlərdə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar  yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 0-5, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 1-6, yüksək dağlıq ərazilərdə 7-12 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1553
avatar

Oxşar yazılar