Cəlilabadda ağır qəza: qadın öldü
20 yanvar 2017 11:51 (UTC +04:00)

Cəlilabadda ağır qəza: qadın öldü

 

Cəlilabadda ölümlə nəticələn ağır yol-nəqliyyat hadisə baş verib.

 

 

Lent.az-ın DİN-in saytına istinadən məlumatına görə, yanvarın 19-da saat 18 radələrində Cəlilabad rayonunun Qarazəncir kəndində Bakı şəhər sakini Musa Bayramovun və Astara rayon  sakini Teymur Nəsirovun idarə etdikləri “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə M.Bayramovun sərnişini, arvadı Həcər hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 137
avatar

Oxşar yazılar