Bakıda döyülmə faktı qeydə alınıb.
APA-nın xəbərinə görə, hadisə Xəzər rayonunun Buzovna qəsəbəsində qeydə alınıb.
1990-ci il təvəllüdlü İsmayılov Anar Vaqif oğlu alın və göz nahiyyəsində çapılmış, soyulmuş yaralarla 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.
A.İsmayılovun sözlərinə görə, ona tanışı xəsarət yetirib.
Faktla bağlı araşdırma aparılır.