Binəqədidə qəza: "Niva" aşıb, sürücü ağır yaralanıb  - <span style="color:red;">YENİLƏNİB
29 yanvar 2014 03:47 (UTC +04:00)

Binəqədidə qəza: "Niva" aşıb, sürücü ağır yaralanıb - YENİLƏNİB

Binəqədi rayonu ərazisində, Azadlıq prospektində bir nəfərin ağır yaralanması ilə nəticələnən yol - qəzası baş verib.

 

APA-nın məlumatına görə, Həmid Əfəndiyevin idarə etdiyi 99 RB 421 dövlət nömrə nişanlı "Niva" markalı avtomobil Ramilə Böyükkişiqızının  idarə etdiyi 99 FO 089 nörməli "KİA" markalı avtomobillə toqquşub.

 

Hadisə şahidlərinin sözlərinə görə, qəzaya səbəb "Niva"nın yolun əks istiqaməti ilə hərəkət edən "KİA"nın yoluna çıxması olub. Qəza nəticəsində "Niva" aşıb, sürücü ağır yaralanıb, avtomobili isə yarasız hala düşüb.  Yaralanan sürücü yoldan keçənlərin köməyi ilə 1 saylı şəhər klinik xəstəxanasına çatdırılıb.

 

Faktla bağlı Dövlət Yol Polisinin Binəqədi rayon şöbəsində araşdırma aparılır.

# 2282
avatar

Oxşar yazılar