18 oktyabr - Müstəqillik Günü münasibətilə ilə Azərbaycanın Batumi şəhərindəki Baş Konsulluğu tərəfindən təntənəli tədbir keçirilib.
Konsuluqdan Lent.az-a verilən məlumata görə, tədbirdə Acarıstan Muxtar Respublikasının Ali Sovetinin sədri Avtandil Beridze , Batumi şəhərinin meri Qiorqi Ermakov,kənd-təsərrüfatı naziri -Laşa Komaxidze, təhsil, mədəniyyət və idman naziri Qiya Tavamaishvili , Batumi Dövlət Universitetinin rektoru Merab Xalvaşi, Türkiyə Respublikasının Baş Konsulu Yasin Temizkan , İran İslam Respublikasının Baş Konsulu Hossein Maşhadi, SOCAR-ın Gürcüstan nümayəndəliyinin Batumi şəhərindəki əməkdaşları, M.F.Axundov adına Gürcüstan-Azərbaycan xeyriyyə cəmiyyətinin sədri Vidadi Axundov və Azərbaycan icmasının üzvləri, “AcaraTV”nin baş redaktoru Soso Sturua, Batumidə fəaliyyət göstərən digər icmaların nümayəndələri iştirak ediblər.
Tədbir hər iki ölkənin dövlət hmnlərinin səslənməsi ilə başlayıb.
Tədbirin açılış nitqində Baş Konsul Rəşad İsmayılov 18 oktyabrın müasir Azərbaycan tarixinin şanlı səhifəsi olduğunu bildirib. O qeyd edib ki, 1993-cü ildə xalqın təkidilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev yenidən müstəqilliyini itirmək təhlükəsi qarşısında qalan Azərbaycanı xilas edib: "Heydər Əliyevin qayıdışı ilə Azərbaycanın yeni bir dövrü başlayıb. Onun həyata keçirdiyi islahatların, yürütdüyü siyasətin nəticəsində Azərbaycan bütün dünyaya tanınıb. Ulu Öndər hakimiyyətdə olduğu illərdə cəbhədə atəşkəsə nail olunub, 1994-cü ildə "Əsrin müqaviləsi" bağlanılıb, ilk dəfə olaraq ölkənin konstitusiyası qəbul olunub, bütün sahələrdə islahatların keçirilməsinə şərait yaradılıb".
Tədbir ziyafət və klassik musiqi proqramı ilə davam edib.