Baş prokuror göstəriş verdi: Davam etdirilsin
07 fevral 2014 18:11 (UTC +04:00)

Baş prokuror göstəriş verdi: Davam etdirilsin

Azərbaycanın baş prokuroru respublikada son illər aktuallığı və narahatlığı ilə diqqətçəkən məsələlərdən biri olan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma və korrupsiya cinayətləri ilə bağlı göstəriş verib.


 

APA-nın məlumatına görə, bu gün keçirilən kollegiya iclasında çıxış edən baş prokuror Z.Qaralov qeyd edib ki, yol qəzalarında ölən və yaralananların sayının yüksək olması narahatlıq doğurur.

Bildirilib ki, 2012-ci illə müqayisədə respublikada dövlət qeydiyyatına alınmış nəqliyyat vasitələrinin sayının 102 min ədəd artaraq 2013-cü ilin sonuna təqribən 1 milyon 300 minə çatması fonunda yol-nəqliyyat hadisələrinin sayının 1,6 faiz, qəzalarda həlak olan şəxslərin sayının 0,3 faiz, yaralananların sayının isə 1,6 faiz azalması müşahidə edilib.

Qeyd olunub ki, 2013-cü ildə 16 ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi açılmamış qalıb ki, bu da 2012-ci illə müqayisədə 7 hadisə və ya 30,4% azdır. Açılmayan ölümlə nəticələnən yol-nəqliyyat hadisələrindən 6-sı Bakı şəhərində, 10-u isə respublikanın digər şəhər və rayonlarında qeydə alınıb. Açılmamış ölümlə nəticələnən yol-nəqliyyat hadisələri ilə bağlı istintaqı aparılan cinayət işləri Baş Prokurorluğun müvafiq idarələri tərəfindən öyrənilməklə müzakirələri aparılıb, cinayətlərin açılması istiqamətində Daxili İşlər Nazirliyi ilə zəruri tədbirlər davam etdirilir.

Baş prokuror Zakir Qaralov Azərbaycan prezidentinin 26 dekabr 2012-ci il tarixli “Yol-nəqliyyat hadisələri ilə əlaqədar təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və yol hərəkətinin tənzimlənməsi sahəsində idarəetmənin şəffaflığının artırılması ilə bağlı tədbirlər haqqında” sərəncamından irəli gələn vəzifələrin icrası ilə əlaqədar yol-nəqliyyat hadisələrinin təhqiqatında və istintaqında, açılması təmin edilməmiş ölümlə nəticələnən yol-nəqliyyat hadisələri ilə bağlı əməliyyat-axtarış və istintaq hərəkətlərinin həyata keçirilməsində qanunların icrasına nəzarətin gücləndirilməsi, yol-nəqliyyat hadisələri ilə bağlı aparılan təhqiqat, istintaq və ekspertizalar zamanı korrupsiya və digər sui-istifadə hallarına yol verən şəxslərin məsuliyyətə cəlb edilməsinin təmin olunması ilə bağlı zəruri tədbirlərin görülməsinə dair konkret göstərişlərini verib.

İclasda həmçinin korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin daha da gücləndirilməsi barədə dövlət başçısı İlham Əliyevin verdiyi tapşırıqlara müvafiq olaraq cari ildə baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi, əlaqədar struktur qurumlar və tabe prokurorluqlar tərəfindən digər hüquq-mühafizə orqanları ilə əlaqəli  şəkildə korrupsiya və rüşvətxorluğa qarşı daha geniş miqyasda qətiyyətli və sistemli mübarizə aparılması, mütəşəkkil cinayətkarlığın bu təhlükəli təzahürlərinin qarşısının alınması və onları doğuran səbəblərin aradan qaldırılması istiqamətində qabaqlayıcı tədbirlərin həyata keçirilməsi barədə tapşırıqlar verilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1571
avatar

Oxşar yazılar